HADİSƏ
Bakıda dələduzluq edərək 77 min manatlıq tərəvəz alanlar SAXLANILDI
Bakıda dələduzluq edən şəxslər tutulub.
32gun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində iyulun 26-da bir nəfəri aldadaraq, 77 min manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.