DÜNYA ÖZ XƏBƏR

80 yaşlı kişiyə görə POLİS HƏRƏKƏTƏ KEÇDİ - Dronlar işə salındı

Tokat şəhərində alzheimer xəstəsi 80 yaşlı kişi polisi hərəkətə keçirib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  gündüz saatlarında 80 yaşlı Alzheimer xəstəsi Mehmet Dəmirdən yaxınları xəbər ala bilmədiyi üçün polisə müraciət edib.

Bölgəyə göndərilən polis əməkdaşları həmin gün kənd ətrafında və meşədə axtarışlara başlayıb. 
Axtarış işlərində pilotsuz təyyarə komandası, komando, ictimai asayiş qrupları və izləmə itləri də daxil olmaqla cəmi 60 nəfər iştirak edib. Dəmir axşam saatlarında kəndə 4 kilometr uzaqlıqdakı meşədən polislər tərəfindən sağ olaraq tapılaraq ailəsinə təhvil verilib.

Ayxan

Oxşar Xəbərlər