Tayvan adası ətrafında 55 Çin hərbi təyyarəsi aşkar edilib.
32gun.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dünən axşamdan səhər saatlarına qədər Çin Xalq Respublikasına məxsus 55 təyyarədən 27-nin Tayvanın "Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ)" elan etdiyi bölgədə uçuşlar həyata keçirib.
Açıqlamada aşkar edilən hərbi texnikanın 12 “SU-30”, 10 “J-10”, 4 “J-16” tipli döyüş təyyarəsi və “WZ-7” tipli silahlı pilotsuz uçuş aparatı olduğu müəyyən edilib.
Qeyd edək ki, 1940-cı illərdə Çindəki vətəndaş müharibəsi zamanı kommunistlərin ölkənin əsas hissəsində iqitidarı ələ keçirməsindən sonra devrilmiş hakimiyyət adada fəaliyyətini davam etdirib. Uzun müddət Çin Respublikası adı ilə ölkəni BMT-də məhz Tayvan təmsil edib. Hazırda ÇXR adanın suverenliyi altında olmasını tələb edir.
Aysel Şirinova