Monqolustan əyalətinin paytaxtı Lisala şəhərində Konqo çayı sahilindəki qəsəbədə dünən gecə saatlarında baş verən sürüşmə nəticəsində 3-ü 5 yaşdan kiçik uşaq olmaqla ümumilikdə 17 nəfər həyatını itirib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən evlərin dağıntıları altında qalan təbii fəlakət qurbanlarını yerli əhali xilas edib.
Monqolustan əyalətinin qubernatoru Sezar Limbaya Mbanqisa həyatını itirənlərin ailələrinə başsağlığı mesajı verərək əyalətdə 3 günlük matəm elan edildiyini açıqlayıb.
Aysel Şirinova