Rusiyaya məxsus MiQ-31 qırıcısının Barents dənizi üzərində ABŞ-ın P-8A Poseidon kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün havaya qalxdığı bildirilib.
32gun.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, Rusiya hava məkanına nəzarət sistemi ölkə sərhədinə yaxınlaşan hava hədəfi aşkar edib. Bundan sonra hədəfi müəyyən etmək və sərhəd pozuntularının qarşısını almaq üçün MiQ-31 qırıcı təyyarəsi havaya qalxıb.
Rusiya döyüş təyyarəsi yaxınlaşarkən ABŞ təyyarəsi Rusiya sərhədindən uzaqlaşıb.
Nazirlik bəyan edib ki, uçuş neytral sular üzərində hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara tam riayət edilməklə həyata keçirilib.
Aysel Şirinova