DÜNYA ÖZ XƏBƏR

Terror həyəcanı - Məktəblər boşaldıldı

Fransada terror aktları ehtiva edən təhdid mesajları alan 7 məktəb boşaldılıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən qubernatorluq hələlik heç bir təhlükənin aşkar edilmədiyini və sözügedən 6 məktəbin boşaldılmasının təmin edildiyini bildirib.

Digər tərəfdən, Paris ətrafı Saint-Denisdə 1800 şagirdin təhsil aldığı Paul Eluard Liseyi səhər saatlarında bomba təhlükəsi səbəbiylə boşaldılıb.

Liseyə gələn bomba zərərsizləşdirmə qrupları xəbərin saxta olduğunu müəyyən edib.

İstintaq başladılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər