DÜNYA ÖZ XƏBƏR

Şəhərin mərkəzində QƏRİBƏ OLAY: Ər-arvadın bu hərəkəti polisi hərəkətə keçirdi

Düzcə şəhərində özlərini zibildən yemək qalıqlarını toplayıb yeyirmiş kimi göstərdiyi aşkarlanan ər və arvad cərimələnib.

32gun.az Türkiyə KİV-nə istonadən xəbər veirr ki, bu barədə şəhər bələdiyyəsi məlumat verib. 

Bələdiyyədən verilən açıqlamaya görə, polis qrupları təqib etdikləri cütlüyün zibildən yemək qalıqlarını toplayaraq, onu yeyirmiş kimi göstərərək haqsız üstünlük əldə etdiklərini müəyyən edib.

Hərəkətə keçən polislər şəhərin mərkəzində özlərini acındıraraq dilənən cütlüyü cinayət başında yaxalayıb. 

Daha sonra polis bölməsinə aparılan cütlük üzərindən 7 min 863 lirə pul tapılıb.

Sözügedən pulun 7400 lirəsinin cütlüyün bank hesabından yenicə çıxarıldığı müəyyən edilib. Bunun üzərinə cütlüyün üzərində tapılan pulun 463 lirəsi müsadirə edilib.

İkiqat cinayətlər qanunu çərçivəsində 617 lirə cərimə kəsilib.

Ayxan

Oxşar Xəbərlər