DÜNYA ÖZ XƏBƏR

Hərbi bazadan oğurlanmış tank görün haradan tapıldı

İsrail polisi ölkənin şimalındakı Eliakim Hərbi Bazasından oğurlanan tankı bölgədəki qırıntılar anbarında tapıb.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə qırıntı anbarında tapılan Merkava MK2 tipli tankın uzun illər boş vəziyyətdə qaldığı bildirilib. Tankda silah olmadığı, həmçinin sistemlərinin işləmədiyi qeyd edilib. Texnikanın bölgədə gəzən mülki vətəndaşlara açıq ərazidə yerləşdiyi və əsgərlərin hədəf atma təcrübəsində stasionar vasitə kimi istifadə edildiyi deyilib.

Qeyd edilib ki, tankın orduya qaytarılıb, hadisə ilə bağlı hərbi istintaq açıılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər