Meksikanın Miçoakan ştatında Aquila çimərliyinə ildırım düşməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən səlahiyyətlilər ildırımın vurduğu turist qadının hadisə yerində, kişinin isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyini bildirib.
Yaralanan 3-cü şəxsin vəziyyətinin stabil olduğu deyilib.
Aysel Şirinova