Rusiyanın müdafiə naziri general Sergey Şoyqu İranın paytaxtı Tehrana səfər edib.
32gun.az xəbər verir ki, general bu gün İran İslam İnqilabı Keşikçiləri (SEPAH) Korpusunda olub.
Korpusun təkil etdiyi Aerokosmik Qüvvələrin sərgisində iştirak edən Şoyqu taktiki raket sistemləri və orta mənzilli ballistik raketlər haqqında məlumat alıb.
O, həmçinin İran istehsalı olan raketləri və PUA-ları yoxlayıb.
Bildirilib ki, yarmarkada ABŞ-da istehsal olunan pilotsuz uçuş aparatları da sərgilənib.
Aysel Şirinova