DÜNYA ÖZ XƏBƏR

Tornado fəlakəti həyatı iflic etdi - ÖLƏNLƏR VAR

Çinin şərqində baş verən tornado nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. 

İlkin məlumata görə, tornadodan 5512 nəfər zərər çəkib, 1646 evə ziyan dəyib, 405 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.  Belə ki, güclü tornado nəticəsində elektrik xətləri qırılıb avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Şəhərin fövqəladə hallar idarəsinin, 41,8 hektar əkin sahəsinə də ziyan dəydiyini bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər