İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınaları səbəbindən bəzi dövlət qurumları bağlanıb.
32gun.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata əsasən Sistan-Bəlucistan fövqəladə hallar rəhbəri Məcid Muhibbi məsələ ilə bağlı açıqlama verib:
“Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində qum və toz fırtınası səbəbindən bəzi dövlət qurumları bağlanıb".
Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Heydəri havada tozun miqdarının artması səbəbindən Zabulda 800 metrə, Zehekdə isə 500 metrə qədər görmə qabiliyyətinin azaldığını bildirib.
İran rəsmisi vətəndaşlara, xüsusən də ürək və tənəffüs sistemi xəstələrinə lazım olmadıqca çölə çıxmamağı tövsiyə edib.
Aysel Şirinova