ABŞ-ın eks prezidenti Donald Trampın oğlunun X hesabı sındırılıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən hakerlər tərəfindən sındırılan hesabda, "Atam Donald Trampın vəfat etdiyini təəssüflə elan edirəm. 2024-cü ildə prezidentliyə namizəd olacağam", paylaşımı edilib. Digər paylaşımda isə Co Baydenə qarşı təhqiredici ifadələr işlədilib.
Trampın sözçüsü Endryu Surabian hesabın sındırıldığını yazının həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, 10 milyon izləyicisi olan səhifədə paylaşımlar bir saatdan az qalıb.
Aysel Şirinova