DÜNYA ÖZ XƏBƏR

Beyrutdakı ABŞ səfirliyinin binasında atışma olub

Beyrutdakı ABŞ səfirliyinin binasına naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücum edilib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən çöldən açılan atəş nəticəsində bəzi güllələr binanın əsas qapısına və qarşısındakı dayanacaqda olan avtomobillərə dəyib.

Hücumda hansı silah növündən istifadə edildiyi, ölən və ya yaralananların olub-olmaması barədə ətraflı məlumat verilməyib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər