DÜNYA ÖZ XƏBƏR

KF-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən hadisə döyüş təyyarəsinin Seosan şəhərindəki  bazadan havaya qalxdığı vaxt baş verib.

Pilotun vəziyyətinin stabil olduğu bildirilib.

Qəza zamanı ölən olmayıb.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Aysel Şirinova

Oxşar Xəbərlər