Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb.
32gun.az xəbər verir ki, sözügedən addımla bağlı Kanadada Hindistan viza müraciətlərini qəbul etməyə səlahiyyətli təşkilat BLS International-ın internet saytından açıqlama verilib.
"Hindistan missiyasından vacib açıqlama: 21 sentyabr tarixindən etibarən əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb",-deyə bəyanatda qeyd edilib.
Hindistan rəsmisi mətbuata açıqlamasında qərarı təsdiqləsə də, qərarın səbəbi ilə bağlı açıqlama verməyib.
Aysel Şirinova