Fransada bir müddət əvvəl işdən çıxarılan qadının oynadığı lotereyadan 109,3 milyon avroluq cekpot qazanıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən əvvəlcə mükafatın nə qədər olması barədə heç bir fikri olmayan 50 yaşlı qalib internetdə apardığı araşdırmadan sonra ümumilikdə 109 milyon 268 min 140 avro qazandığını öyrənib.
Bonus çekini alan qadın, "Adətən ildırım vurma ehtimalı lotereyada udmaq ehtimalından daha yüksəkdir. Taleyin döngəsini heç kim başa düşə bilməz",- deyib.
Şanslı qalib qazandığı pulla vəqf fəaliyyətlərinə qatılacağını, arzusunda olduğu evi aldıqdan sonra çox istədiyi Meksika və Taylanda səyahətə çıxacağını bildirib.
Aysel Şirinova