DÜNYA ÖZ XƏBƏR

Ermənilər kütləvi aclıq elan ediblər

İrəvanda Paşinyana qarşı aksiyanın təşkilatçıları kütləvi aclıq aksiyasına başladıqlarını elan ediblər.

32gun.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
 
Məlumata əsasən Paşinyan hökumətinin devrilməsi aksiyasının təşkilatçısı, Ermənistan parlamenti yaxınlığında aksiyanı təşkil edən Demokratik Konsolidasiya Partiyasının sədri Suren Petrosyan kütləvi aclıq aksiyasına başladığını elan edib.

  “Bütün ruhanilər, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin, ziyalılar, elm, mədəniyyət xadimləri, idmançılar, hamısı bu mübarizənin bir hissəsi olmalıdır. Məqsəd cəmiyyətin bütün bu təbəqələrini birləşdirməkdir”, - Petrosyan bildirib.

O, əlavə edib ki, bundan sonra hakimiyyət dəyişikliyinə səbəb olacaq konkret və çevik hərəkətlər təqdim olunacaq. 

"İndi həlledici məqamdır, ona görə də sizdən qoşulmağınızı xahiş edirəm”, - deyə o, çağırışını yekunlaşdırıb.

Aysel Şirinova

Oxşar Xəbərlər