DÜNYA ÖZ XƏBƏR

Tramp: ABŞ tarixində ən böyük deportasiya əməliyyatını təşkil edəcəyəm

 Eks - prezident Tramp, 2024-cü il prezident seçkilərində qalib gələrsə, “Eisenhower Modeli”ni mənimsəyərək ABŞ tarixinin ən böyük deportasiya əməliyyatını təşkil edəcəyini bildirib.

32gun.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp Ayova ştatının Dubuke şəhərində keçirilən mitinqdə çıxış edib.

Tramp qeyd edib ki, o, bəzi federal hüquq-mühafizə orqanları əməkdaşlarını Meksika sərhədinə yerləşdirəcək və narkotik alverçisi, banda və ya kartel üzvü olduğu bilinən və ya şübhəli bilinən bütün şəxslərin deportasiya ediləcəyini bildirib.

O, Baydenin immiqrasiya siyasətini “milləti məhv edən bir fəlakət” olaraq xarakterizə edib.

Sabiq prezident, həmçinin müsəlman ölkələrinə tətbiq edilən səyahət qadağasının yenidən qüvvəyə minəcəyini və federal hüquq-mühafizə bölmələrini Meksika sərhədində yerləşdirəcəyini bəyan edib.

Qeyd edək ki, Bayden vəzifədə olduğu ilk həftədə imzaladığı fərmanla Trampın bəzi müsəlman ölkələrinə səyahət qadağasını ləğv edib.

Aysel Şirinova

Oxşar Xəbərlər