Türkiyənin məşhur müğənnisi Mustafa Sandal bu yaxınlarda Ankarada İYİ Partiyasının sədri Meral Akşeneri ziyarət edib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, ziyarətin səbəbi məlum olub.
Məlumata əsasən Akşener Mustafa Sandala İYİ Partiyasının Beşiktaş Bələdiyyə Başçı Namizədi olmağı təklif edib. Sandal isə bu günə qədər təklifə cavab verməyib və Akşenerdən bu barədə düşünmək üçün vaxt istəyib.
Partiya sədrinin müavini Əhməd Zeki Üçok məlumatı təsdiqləyərək, "Cənab Mustafa ofisimizə baş çəkdi. İclasda bu məsələlər müzakirə olundu. O, xalq tərəfindən sevilən bir sənətçidir, Beşiktaşa çox yaraşır. Beşiktaş Bələdiyyə başçı namizədi olmasını istərdik",- deyib.
Aysel Şirinova