DÜNYA ÖZ XƏBƏR

Liderlərin xanımları ABŞ-da bir araya gəldilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda olan Əminə Ərdoğan Cil Baydenin ev sahibliyi altında liderlərin həyat yoldaşları ilə görüşüb.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata əsasən Smithsonian Dizayn Muzeyində keçirilən ziyafətdə Bayden liderlərin xanımlarını muzeylə tanış edib. Onlar dəvətdə ətraf mühit, mədəniyyət, təhsil kimi mövzularda məlumat paylaşıblar.

Dəvətin sonunda ölkə rəhbərlərinin həyat yoldaşları ev sahibliyi etdiyi üçün Baydenə təşəkkür ediblər.

Əminə Ərdoğan da sosial media hesabında səmimi münasibəti üçün Baydenin həyat yoldaşına xüsusi minnətdarlığını bildirib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər