DÜNYA ÖZ XƏBƏR

ABŞ Ukraynaya növbəti hərbi yardımını göndərəcək

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə qəbul edib.

32gun.az xəbər verir ki, görüş zamanı Bayden ölkəsinin Ukraynaya 325 milyon dollarlıq əlavə hərbi yardım edəcəyini açıqlayıb.

ABŞ rəhbəri “Abrams” tanklarının ilk hissəsinin gələn həftə Ukraynaya çatdırılacağını bildirib:

"Bu gün ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının növbəti hissəsi olan, daha çox artilleriya mərmisi, döyüş sursatı və tank əleyhinə silahların göndərilməsini təsdiqlədim. Biz həmçinin kritik infrastrukturu qorumaq üçün Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə diqqət yetirmişik",- deyə Bayden açıqlama verib.

Zelenski yeni yardım paketi üçün Baydenə minnətdarlığını bildirib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər