Türkiyə prezidenti prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına səfərindən sonra jurnalistlərə aktual mövzularla bağlı açıqlamalar verib.
32gun.az xəbər verir ki, açıqlama zamanı prezident BMT Baş Assambleyasının girişindəki pilləkənlərin bəzi yerlərində LGBT-ni təmsil edən rənglərin olmasını tənqid edib:
"Məni ən çox narahat edən məsələlərdən biri yəqin ki, sizin də diqqətinizi çəkib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına daxil olarkən pilləkənlərdə və digər sahələrdə LGBT rənglərinin olduğunu görürüsünüz. Hazırda liderlərdən biri LGBT tərəfdarıdır, digər lider isə LGBT-yə qarşıdır. Belə bir vəziyyətdə nə etmək istənilir? Şəxsən mən baş katiblə bu barədə danışmaq imkanı əldə etmək istərdim.
Prezident LGBT tərəfdarı olmayanları belə bir addımın narahat edə biləcəyini də vurğulayıb:
"Bu humanitar məsələdir və bilməliyik ki, bu vəziyyətdən narahat olan insanlar var"
Aysel Şirinova