HADİSƏ

Pərvanə Tanrıverdiyevanı öldürən görün kim imiş - Qatil bölməyə gəlib polisə təslim oldu

Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

32gun.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub Adil oğlu könüllü polisə gələrək təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Oxşar Xəbərlər