HADİSƏ
Rəqqasə "Renka" qəzaya düşdü (VİDEO)
Məşhur rəqqasə Rəna Ağamuradova (“Renka”) avtomobil qəzası keçirib.
32gun.az xəbər verir ki, hadisə Milli Xalça Muzeyinin yaxınlığında baş verib.
Belə ki, rəqqasə idarə etdiyi 77-FK-705 dövlət qeydiyyat nişanlı avtomobili ilə başqa nəqliyyat vasitəsini vurub.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Videonu təqdim edirik:
Qeyd edək ki, rəqqasə hadisədən əvvəl xınayaxdı mərasimində olub. O, mərasimdən sonra avtomobildə əylənib və çəkdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. Yeniçağ