İranda daha bir idmançı edam olunacaq (FOTO)
İranda daha bir idmançı batəsində edam hökmü verilib.
32gun.az xarici KİV-ə istinadən cəbər verir ki, bu barədə İranda insan haqları üzrə Norveç qeyri-hökumət təşkilatı məlumat yayıb.
Məlumata görə, boksçu Məhəmməd Cavad Vəfai-Sani ölüm cəzasına məhkum edilib. Vəfai-Sani 2019-cu ilin noyabr iğtişaşları zamanı hökumət binalarını yandırmaqda və dağıtmaqda ittiham olunur.
Bildirilir ki, boksçu 2020-ci ilin fevralında saxlanılıb. İranın maraqlarının təmsilçisi Babək Pakniya hökmdən apelyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında İranda daha bir güləşçi Navid Əfkari edam olunub. Səbəb kimi onun bir nəfəri öldürməsi göstərilib. Lakin hüquq müdafiəçiləri Əfkarinin 2018-ci ilin yayında etiraz aksiyalarında iştirakı səbəbindən edam olunduğunu bildiriblər.
Edamdan öncə dünyaca məşhur idmançılar, eləcə də Tramp Əfkari barəsindəki edamın dayandırılması ilə bağlı çağırış etsə də bu heç bir işə yaramadı.
Eləcə də 2021-ci ilin yanvar ayında İran güləşçisi Mehdi Əl Hüseyni 30 yaşında edam edilib. İdmançı 2015-ci ildə kütləvi dava zamanı bir nəfəri öldürməkdə günahlandırılıb.
İranın yunan-Roma güləşi üzrə olimpiya, 6 qat dünya və 2 qat Asiya çempionu Həmid Soryan Reyhanpur mərhumun ailəsindən Hüseynini əfv etmələrini xahiş edib. Lakin bu xahiş nəticəsiz qalıb və hökm icra edilib.
Nilufər