HADİSƏ

SON DƏQİQƏ: 8 yaşlı uşaq FACİƏVİ şəkildə öldü

32gun.az AzEdu.az-a istinadla xəbər verir ki, Biləsuvar rayonunun Təzəkənd kəndində uşaq kələm şorabasından zəhərlənərək ölüb.

Rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.

İlkin ehtimala görə, mərhum ev şəraitində hazırlanan kələm şorabasından (turşu) zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər