HADİSƏ
FHN bugünkü zəlzələylə bağlı açıqlama yaydı – Zəlzələ nəticəsində..
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə 32gun.az-a FHN-dən bildirilib.
Zəlzələ Mingəçevir , Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.