HADİSƏ

TƏCİLİ: Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 32gun.Az-a bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ Lənkəran və Lerik ərazisində 3 baldan çox hiss olunub.

---------

15:10


Lənkəranda zəlzələ olub.

32gun.az APA-ya istinadən bildirir ki, yeraltı təkan yerli vaxtla 15:00-da qeydə alınıb. Təkanlar 3 bal gücündə hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumata görə, mərkəzin zəlzələlərin tədqiqatı bürosu tərəfindən bu gün saat 15.04-də Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Oxşar Xəbərlər