Rusiyalı ağır atlet Ruslan Albeqov 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında 105 kiloqramdan yuxarı çəki dərəcəsində bürünc medalından məhrum edilib.
32fun.az xəvər verir ki, bu barədə məlumat Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında yer alıb.
Mükafat Cənubi Koreyalı Çunq Sanq-kyuna veriləcək. İdmançı hədiyyə edilən medalı avqustun 9-da Parisdəki Olimpiya Parkında keçiriləcək mərasimdə alacaq.
Londonda keçirilən Olimpiya Oyunlarında Albeqov kişilər arasında 105 kq-dan yuxarı çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma ilə ümumilikdə 448 kq-ı qaldıraraq üçüncü yeri tutub. Yarışın yekununda qızıl və gümüş medallar müvafiq olaraq iranlılar Behdad Salimi və Səccad Anuşiravaniyə nəsib olub.
2020-ci ilin oktyabrında Beynəlxalq Ağır Atletika Federasiyası idmançını antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edib, onun diskvalifikasiya müddəti 2017-ci il dekabrın 9-dan 2021-ci il dekabrın 9-na kimi hesablanıb. Albeqov dünya çempionatının iki qızıl medalının sahibidir, eyni zamanda iki dəfə Avropa çempionatının ən yaxşısı olub. Bu mükafatlardan məhrum edilməsi ilə bağlı BOK-a məlumat verilməyib.
Ayxan