MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Ben Afflekin Cennifer Lopezdən ayrıldıqdan sonra həyat tərzi trendə çevrilib

Aktyor Ben Afflekin pərəstişkarları onun kədərli görünüşünü təqlid edərək buzlu kofe almağa başlayıblar.

32gun.az bildirir ki, bu barədə "Delish" nəşri xəbər verib. 

Cennifer Lopezdən ayrıldıqdan sonra aktyorun həyat tərzi TikTok-da trendə çevrilib. Sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə qırışlı köynək geyinməyə, buz latte ilə şəkil çəkdirməyə və kədərli görünüş nümayiş etdirməyə başlayıblar. Onların fikrincə, tendensiya aktyorun Cennifer Lopezdən ayrılmasından dərhal sonra yaranıb.

May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxdı. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, insayder qeyd edib ki, ixtilafda sənətçinin heç bir günahı yoxdur.

İyunun sonunda Cennifer Lopez tətilə çıxıb . Müğənni İtaliyada dostlarının əhatəsində görüntülənib . Eyni zamanda, Ben Afflek uşaqları ilə birlikdə Los-Ancelesdə qaldı . Paparazzi fotosunda müğənni yaxtada çəkilib. Tanınmış şəxs südlü bandeau top və hündür belli çiçəkli şort geyinib.

Nilay

Oxşar Xəbərlər