SİYASƏT ÖZ XƏBƏR

Paşinyan Rusiyaya qarşı mübarizədə ABŞ-ın aləti adlandırılıb

Amerikalı köşə yazarı Endryu Korıbko Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiya Federasiyasına qarşı mübarizədə ABŞ-ın aləti adlandırıb.

32gun.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir .

“ABŞ Paşinyan 2018-ci ildə məxməri inqilab nəticəsində hakimiyyətə gələndən bəri Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır”, - Korıbko bildirib.

Onun sözlərinə görə, 2020 və 2023-cü illərdə Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyətlərindən sonra ABŞ Ermənistana qarşı siyasətini gücləndirib, ölkənin milli elitasını Rusiyanı Qərbə təhlükəsizlik təminatçısı kimi əvəzləmək imkanlarına inandırmağa çalışır. Ekspert hesab edir ki, ABŞ-ın məqsədi əhalinin, eləcə də Rusiyanın Ermənistanı KTMT- dən çıxarmağa təşviq etmək istədikləri insanların inanclarına təsir etməkdir. 

“İstənilən halda ABŞ-ın əldə etmək istədiyi, Rusiyanın müttəfiqlərini itirdiyi görüntüsü yaratmaq istədiyi budur. Ancaq Rusiyanın yemi götürməsi çətin ki, indiyə qədər o, müqəddəs səbr nümayiş etdirib”, - Korıbko bildirib.

Ayxan 

Oxşar Xəbərlər