İDMAN DÜNYA

Paris hava limanının əməkdaşları 2024-cü il Olimpiya Oyunlarının açılışı günü tətil etməyi planlaşdırır

Paris hava limanının işçiləri 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi günü tətil etməyi planlaşdırdıqları barədə xəbərdarlıq ediblər.

32gun.az bildirir ki, bu  barədə RMC Sport məlumat yayıb. 

Mənbənin sözlərinə görə, hava limanı işçilərinin maraqlarını təmsil edən həmkarlar ittifaqı iyulun 26-da işdən uzaq durmağı planlaşdırır. Bu tədbirin əsas məqsədi xidmət rəhbərliyini hava limanı işçiləri üçün bonusları 300-dən 1 min avroya qədər artırmağa inandırmaqdır.

Ümumilikdə tətil 26 saat davam edəcəyi bildirilir - iyulun 26-sı səhər saat 05:00-dan iyulun 27-si səhər saat 07:00-a qədər.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusların 2024-cü il Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul edilməsi barədə qərar qəbul edib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və vəsiqə qazanmalı idilər.

İyulun 18-də BOK 2024-cü il Olimpiya Oyunlarına buraxılmış rusiyalı idmançıların tam siyahısını dərc edib. Ümumilikdə, Oyunlara bitərəf statusda 15 nəfər gedir.

Ayxan 

Oxşar Xəbərlər