Aktyorun müəmmalı şəkildə öldüyü ev satışa çıxarılır
"Friends”in ulduzu Metyu Perrinin Los-Ancelesdəki ( Kaliforniya, ABŞ ) malikanəsi satışa hazırlanır.
32gun.az bildirir ki, atyorun 2023-cü ilin oktyabrında öldüyü evin taleyi ilə bağlı “The Sun” nəşri məlumat yayıb.
Aktyor 2020-ci ildə mülkü 6 milyon dollara alıb və onun faciəli sona çatmasına bir neçə ay qalmış geniş təmir işləri aparıb.
Sənətçi getdikdən sonra təmir davam etdi - şahidlər evə yeni damın qoyulduğunu bildirdilər. Bundan əlavə, evin yaxınlığında ağ rəngli avtomobilin dayandığı görünsə də, orada daimi olaraq heç kimin yaşamadığı məlum olub.
Sənədlərə görə, Perrinin əmlakının qəyyumu Lisa Ferqyuson həmişə evin sahibi kimi göstərilib.
Dörd yataq otağı, üç yarım vanna otağı olan ev hələ bazarda deyil, lakin potensial alıcıya 6,5 milyon dollardan çox başa gələcəyi gözlənilir.
28 oktyabr 2023-cü ildə 54 yaşlı Metyu Perri Los-Ancelesdəki evində hovuzda tapılıb. Müayinə zamanı aktyorun səhhətinin infarkt keçirməsinə səbəb olan ketamin dərmanının istifadəsi nəticəsində pozulduğu müəyyən edilib.
Perriyə narkotik vasitələrin qeyri-qanuni tədarükündə əli olmaqda şübhəli bilinən şəxslər müəyyən edilib və hazırda istintaq aparılır.
Bundan əvvəl Metyu Perrinin ailəsi təqsirləndirilən şəxslərin həbsindən sonra polisə gördüyü işlərə görə təşəkkür edib.
Nilay