“İlk işim “zapravka”da olub, saata 5 dollar qazanırdım” - Emin Ağalarov
Xalq artisti, biznesmen Emin Ağalarov əldə etdiyi ilk gəlirindən danışıb.
32gun.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “İstoris – Otkroyte, David!” yutub şousunda qonaq olan müğənni pul haqda bunları deyib: “Mənim üçün pul ideyalarımı həyata keçirməyə kömək edən alətdir. Pul həmişə çatışmır, çünki ideya çoxdur və onların həyata keçirilməsi üçün böyük resurslara ehtiyac var”.
ABŞ-da yaşadığı dönəmdən danışan Ağalarov bunları qeyd edib: “İlk işim yanacaqdoldurma məntəqəsində olub, orada saatıma beş dollar verirdilər. İlk pulumu müxtəlif saat, “matryoşka” satdığım “Ebay” auksionu vasitəsilə qazanmışdım. Bu, sonradan kiçik biznesə çevrildi”.
Biznesmenin sözlərinə görə, valideynin borcu - uşaqlarda tələbat bacarığını deyil, yaratmaq və nəyəsə doğru irəliləmək bacarığını tərbiyə etməkdir.