Krasnoyarskda yeni il gecəsi dostuna bıçaqla hücum edən şübhəli saxlanılıb.
32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
İdarədən verilən məlumata görə, hadisə yanvarın 1-nə keçən gecə Çernışevski küçəsindəki evdə baş verib. Bundan əvvəl iki tanış arasında düşmənçilik münasibəti zəminində münaqişə baş verib və onlardan biri bıçaqla digərinə bir neçə dəfə xəsarət yetirib. Qurbanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin 1998-ci il təvəllüdlü yerli sakin olduğunu müəyyən edərək saxlayıblar. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda bütün zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nilay