Los-Ancelesdə meşə yanğınında mindən çox ev yanıb, ən azı iki nəfər ölüb, yaralananlar var.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirir.
Çərşənbə günü səhər Kaliforniya Dövlət Yanğın Departamenti Los-Ancelesdəki yanğının 1344 hektar ərazini əhatə etdiyini və 30.000 sakinin olduğu Palisades bölgəsinin təxliyə edildiyini qeyd edib.
Yanğınsöndürənlərin yeni məlumatlarına görə, İton ərazisində 100-dən çox bina yanıb, yanğın 800 hektar ərazini əhatə edib, yanğın hələ lokallaşdırılmayıb, xəsarət alanlar və ölənlər var.
“...Bizdə iki mülki ölüm hadisəsi qeydə alınıb”, - Los-Anceles dairəsinin yanğınsöndürmə idarəsinin rəhbəri Entoni Marro açıqlama verib.
Palisades bölgəsində 2 min hektardan çox ərazidə baş verən yanğının qarşısı alınmayıb. Bu ərazidə minə yaxın binanın yanğın nəticəsində məhv olduğu qeyd edilir.
Rayonun baş yanğınsöndürmə müvəkkili qeyd edib ki, hakimiyyət orqanlarının yanğınla öhdəsindən gəlmək üçün kifayət qədər resursları yoxdur.
Ayxan