DÜNYA ÖZ XƏBƏR

Tramp gələnə qədər ABŞ-ın Ukraynaya 2 milyard dollarlıq hərbi yardım köçürməyə vaxtı olmayacaq

Amerikanın hazırkı lideri Co Baydenin komandası yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər Ukraynaya 2 milyard dollardan çox hərbi yardım köçürməyə vaxt tapmayacaq.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yanvarın 8-də Pentaqonun yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib.

"Mən deyə bilərəm ki, 20 Yanvardan sonra gələcək istifadə üçün PDA yardımı üçün 2 milyard dollardan çox pul qalacaq"- deyə ABŞ Müdafiə Nazirliyinin saytına açıqlama verib. 

O, qeyd edib ki, ABŞ administrasiyası bayram və həftə sonları da daxil olmaqla, Ukraynaya hərbi yardımın ötürülməsi üzərində daim çalışır. Buna görə də Pentaqon Kiyevə mümkün qədər çox dəstək verməyə çalışır.

Nilay 

Oxşar Xəbərlər