DÜNYA ÖZ XƏBƏR

Rumıniyada təkrar prezident seçkilərinin tarixi açıqlanıb

Mayın 4-də Rumıniyada təkrar prezident seçkiləri keçiriləcək.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bəyanatında deyilir. 

“Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkilərinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Noyabrın sonunda Georgesku Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib. Rumıniya mediası onu rusiyayönlü şəxs adlandırır. O, bütün proqnozların əksinə olaraq səsvermənin lideri olub və 22,94% səs toplayıb. İkinci yerdə NATO və ABŞ ilə tərəfdaşlığı dəstəkləyən “Rumıniyanın Qurtuluş İttifaqı” müxalifət partiyasının lideri Elena Laskoni qərarlaşıb.  O, 19,18% səs toplayıb. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından, Corcsku və Laskoninin iştirakı ilə seçkilərin ikinci turunun keçirilməsi nəzərdə tutulub. 

Seçki məntəqələri dekabrın 8-də açılmalı idi. Lakin dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi təcili iclasından sonra prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib . Rumıniya prezidenti Klaus İohannis bildirib ki, Georgescu-nun seçki kampaniyasına xarici dövlətdən dəstək aldığı iddia edildiyi üçün seçkilər ləğv edilib. Bu məlumatı sonradan Konstitusiya Məhkəməsi də təsdiqləyib.

Nilay 

Oxşar Xəbərlər