DÜNYA ÖZ XƏBƏR

Ukrayna Belarusla sərhəddə istehkamlar və atəş mövqeləri qurmağa başladı

Ukrayna Volın vilayətində Belarusla sərhəddə istehkamlar və atəş mövqeləri qurmağa başladı. Kiyev bu istiqaməti təhlükəli hesab edir.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko deyib .

O xatırladıb ki, Ukrayna ilə Belarus arasında sərhəd 1080 km-dən çoxdur.

“Bu istiqamət bizim üçün təhlükədir. Bu ərazidə mühəndis istehkamı ilə yanaşı, istehkamların, dayaq məntəqələrinin, atəş mövqelərinin, səngər və səngər sisteminin yaradılması da həyata keçirilir”, - deyə Demçenko bildirib.

Ayxan 

Oxşar Xəbərlər