DÜNYA ÖZ XƏBƏR

Trampın Qrenlandiya ilə bağlı açıqlaması Avropa paytaxtlarında təşviş yaradıb

Media ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sözlərinin Avropa paytaxtlarında təşvişə səbəb olduğunu yazıb.

32gun.az "Bildə istinadən xəbər verir  ki, məhz bu səbəbdən Almaniya kansleri Olaf Şolz dövlətlərə sərhədlərin toxunulmazlığı prinsipinə hörmət etməyin vacibliyini açıq şəkildə xatırladıb,

Şolz, həmçinin Danimarkanın baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb. Kansler Fransa prezidenti Emmanuel Makronla Trampın SMS mesajlarındakı açıqlamalarını müzakirə edib.

Yanvarın 7-də Mar-a-Laqodakı iqamətgahında mətbuat konfransı keçirən Tramp deyib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Amerika liderinin fikrincə, yalnız ABŞ-a qoşulmaq adanı yenidən möhtəşəm edəcək.

Daha sonra ABŞ-ın baş katibi Antoni Blinken Trampın Qrenlandiya ilə bağlı açıqlamasına münasibət bildirib . O, qoşulmaq fikrini çox yaxşı adlandırıb və bunun baş vermə ehtimalının az olduğunu qeyd etməyi xahiş edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da öz növbəsində vurğulayıb ki, Trampın sözlərini hələ ciddi qəbul etmək olmaz - ABŞ-ın seçilmiş prezidenti hələ rəsmi olaraq vəzifəsinin icrasına başlamamışdır.

Nilay 

Oxşar Xəbərlər