İvrit Universitetinin alimləri Kanadadan olan həmkarları ilə birlikdə Alzheimer xəstəliyi ilə əlaqəli zülalların toksik təsirlərini azaldan əsas nüvə kompleksi aşkar ediblər.
32gun.az bildirir ki, aşdırmanın nəticələri Nature Cell Biology jurnalında dərc olunub.
Söhbət zülal sabitliyinin (proteostazın) saxlanmasında mühüm rol oynayan FIB-1-NOL-566 nüvə (nükleolar) kompleksindən gedir - zülalların düzgün qatlanması və işləməsi ilə hüceyrə sağlamlığını təmin edən proses...
Yaşlandıqca bu tarazlıq pozulmağa başlayır və bu, Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin əsas səbəbi olan zəhərli zülal aqreqatlarının yığılmasına səbəb olur. Bununla belə, alimlər müəyyən ediblər ki, nüvə kompleksinin fəaliyyətinin qarşısını almaq patoloji zülalların, o cümlədən bu xəstəliklə əlaqəli Aβ peptidinin zərərli təsirlərini əhəmiyyətli dərəcədə azalda bilər.
Tədqiqat həmçinin müəyyən edib ki, bu yanaşma zəhərli zülalların parçalanmasını stimullaşdırmaqla hüceyrələrin təbii müdafiəsini gücləndirir. Mexanizm TGF-β siqnalının modulyasiyası ilə işləyir - toxumaların böyüməsi, differensasiyası və sağlamlığın qorunması üçün vacib olan bir yol...
Model orqanizmlər üzərində aparılan təcrübələrin nəticələri göstərdi ki, nüvə kompleksinin hədəflənməsi hüceyrə və orqanizm səviyyəsində proteostazı tənzimləməyə kömək edir. Bu kəşf neyrodegenerativ xəstəliklərin inkişafını gecikdirə və ya qarşısını ala bilən müalicə üsullarının inkişafı üçün yeni perspektivlər açır.
Nilay