DÜNYA ÖZ XƏBƏR

KƏNTDƏ FERMADA DƏHŞƏTLİ OLAY: Ev heyvanlarını tutub döyür və sonra asır

Krasnodar diyarının Şevçenko fermasında yaşayan bir kişi heyvanlara qarşı qəddar rəftarı ilə yerli sakinlərin etirazına səbəb olub.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, o marketin yardımçı otağında məskunlaşıb və orada itlərə və pişiklərə işgəncə verib.

Yerli sakinlər bildirib ki, həmin şəxs heyvanları tutub döyür və sonra asır. Bu ərazidə tez-tez heyvan cəsədləri tapılır. Bir neçə ev heyvanı sahibi artıq hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs öz günahını inkar edir. Bundan əlavə, onun əvvəllər məhkum olduğu və azyaşlılara spirtli içki təklif etdiyi iddia olunur. Bir hadisədə o, 17 yaşlı bir gəncə araq içməyi təklif edib.

Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalar aparır.

Ayxan 

Oxşar Xəbərlər