Nijnekamsk-Moskva reysi ilə uçan təyyarədə əl yükündə iki bomba olduğunu bildirən sərxoş adam Naberejnıye Çelnıdan məişət kimyası satan şirkətin direktoru olub.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, 42 yaşlı Dmitri G. uçuşdan əvvəl həddindən artıq spirtli içki qəbul edib. Artıq təyyarədə olan adam özünü nalayiq və aqressiv aparmağa başlayıb. Hətta onu sakitləşdirməyə çalışan sərnişinlərdən birini də vurub.
Stüardessalar adama yaxınlaşanda o, təyyarəyə bomba qoyduğunu bildirib. Bununla əlaqədar olaraq təyyarə təcili olaraq paytaxtın Şeremetyevo hava limanına eniş edib . Təyyarənin salonu yoxlanılarkən heç bir bomba aşkar edilməyib.
Məişət kimyəvi maddələrin satışı ilə məşğul olan firmanın sərxoş direktoru saxlanılıb. Məlum olub ki, o, əvvəllər “sərxoş halda ictimai yerlərdə görünmə” maddəsi ilə ittiham olunub.
Nilay