DÜNYA ÖZ XƏBƏR

Fili çimdirmək istəyən 22 yaşlı qadın faciəvi şəkildə öldü

3 yanvar tarixində Taylandın Yao Yai adasında ispan turist Blanka Odjangurenin həyatı faciə ilə nəticələnib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı qız xüsusi olaraq filləri görmək və onlarla ünsiyyət qurmaq üçün Koh Yao Elephant Care mərkəzinə səfər edib. 

Məlumata görə, Odjanguren fillərdən birini çimdirmək istəyərkən heyvan qəfil onu xortumu ilə itələyib. Qız gözlənilməz zərbədən yerə yıxılıb. Dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən vaxt mərkəzdə 18 nəfər olub. Faciədən sonra mərkəz fəaliyyətini dayandırıb.

Nilay

Oxşar Xəbərlər