ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp respublikaçı senatorlara immiqrasiya siyasətinin sərtləşdirilməsi və sərhədlərin möhkəmləndirilməsinə yönəlmiş 100 sərəncamdan ibarət plan təqdim edib.
32gun.az bildirir ki, Bu barədə Axios portalı iclasın iki iştirakçısına istinadən məlumat yayıb.
“Senatorlara Trampla görüşdə danışılan 100 sərəncamdan ibarət ilkin plan təqdim edilib”, - məqalədə qeyd edilir.
Portalın həmsöhbətlərinin sözlərinə görə, Trampın əsas təşəbbüslərindən biri koronavirus pandemiyası zamanı qəbul edilmiş və miqrantların sığınacaq tələblərinə baxmadan deportasiya edilməsinə imkan verən tədbir olan Title 42-nin bərpasıdır.
Plana həmçinin Meksika ilə sərhəddə divarın tikintisini davam etdirmək , miqrantlar üçün sığınacaq verilməsinə yeni məhdudiyyətlər və miqrasiya əməliyyatlarında kömək etmək üçün yerli hüquq-mühafizə orqanlarından istifadə əmrləri də daxil idi.
Dekabrın 22-də Tramp Ağ Evin rəhbəri olduğu ilk gündə ABŞ sərhədinin qeyri-qanuni miqrantlar üçün bağlanması ilə bağlı fərmanlar paketi imzalayacağını bəyan edib .
Ayxan