DÜNYA ÖZ XƏBƏR

Yaşlı qadın külli miqdarda pulunu saxta din xadiminə  inandığı üçün itirib

Moskvada 72 yaşlı qadın, yaxınlıqda yerləşən bir kilsədə tanış olduğu saxta keşişə inanaraq 7 milyon rublə yaxın pul itirib.

32gun.az bildirir ki, bu barədə məlumatı RBC hüquq-mühafizə orqanlarına yaxın mənbəyə istinadən yayıb.

Məlumata görə, qadın kilsəni mütəmadi olaraq ziyarət edib və burada protodiakonla tanış olub. Bir müddət sonra, saxta keşişin adından qadına naməlum bir şəxs yazaraq, kilsə üzvlərinin Ukraynanın Silahlı Qüvvələrini maliyyələşdirməsi barədə yoxlamalar aparıldığını bildirib. Daha sonra qadına "FSB əməkdaşı" ilə əlaqə qurulacağı bildirilmişdir.

Saxta FSB əməkdaşı qadına zəng edərək onun adına terrorizmə görə axtarışda olan şəxsə pul göndərildiyi iddia edib. O, qadına, cinayətə qarışmadığını təsdiqləmək üçün "Rusiya Maliyyə Monitorinqi"ndə nağd vəsaitin "verifikasiya edilməsini" təklif edib. Qadın, fırıldaqçıların bütün təlimatlarına əməl edərək, dollarda, avroda və rublarda olan nağd pullarını kuryera təhvil verib.

Sonradan qadın aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Nilay

Oxşar Xəbərlər