DÜNYA ÖZ XƏBƏR

Sərxoş qadın mübahisə zamanı ərini sinəsindən bıçaqlayıb

Mirnı şəhərində yaşayan bir qadın həyat yoldaşı ilə mübahisə edib və ona bıçaq zərbəsi endirib, kişi hadisə yerində dünyasını dəyişib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə 5 yanvar tarixində baş verib. 50 yaşlı qadın içki içərkən həyat yoldaşı ilə mübahisəyə çıxıb. Bu zaman qadın mətbəx bıçağını götürərək kişini sinəsinə bıçaqlayıb.

Hadisə nəticəsində kişi vəfat edib. Qadın şübhəli şəxs olaraq saxlanılıb. 7 yanvarda onun haqqında həbs qətimkan tədbiri seçilib, çünki daha əvvəl də cinayət törədib və antisosial həyat tərzi keçirib. Faktla bağlı cinayət işi başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər