DÜNYA ÖZ XƏBƏR

Britaniya Ukraynaya on minlərlə PUA tədarük etmək planlarını açıqlayıb

Böyük Britaniya və Avropa İttifaqı tərəfdaşları Ukraynaya 30 min yeni pilotsuz uçuş aparatı (PUA) göndərəcək.

32gun.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, 45 milyon funt-sterlinq məbləğindəki müqavilələr üzrə dronlar Böyük Britaniya və Latviya rəhbərliyindəki beynəlxalq dron koalisiyası tərəfindən Ukraynaya göndəriləcək.

PUA-ların alınmasını Britaniya, Latviya, Danimarka, İsveç və Niderland maliyyələşdirəcək.

Həmçinin qeyd olunur ki, bu, müasir, birinci şəxs baxış bucağı ilə olan dronlardır və bu, Ukrayna hərbçilərinə Rusiya mövqelərinə və zirehli maşınlarına hücum etməyə imkan verəcək.

9 yanvarda Ukraynanın Prezidenti Volodimir Zelenski "Ramştayn" hava bazasında müdafiə məsələləri üzrə əlaqələndirmə qrupunun iclasında müttəfiqlərini ölkədə dron istehsalına investisiya yatırmağa çağırıb. O, dronların Rusiya ordusunun irəliləyişini dayandırmağa və Ukrayna Silahlı Qüvvələrinin itkilərini minimuma endirməyə kömək etdiyini vurğulayıb.

Ayxan 

Oxşar Xəbərlər