ABŞ-ın seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna ilə bağlı mövqeyini güclü yanaşma istiqamətində dəyişir, bu da Əfqanıstan ssenarisinin təkrarlanmasının qarşısını almağa yönəlib.
32gun.az bildirir ki, bu barədə Financial Times-a istinadən məlumat verib.
Nəşr, adı açıqlanmayan bir neçə Avropa rəsmisinə istinadla bildirir ki, Trampın komandası Ukraynaya yanaşmalarını daha güclü görünmək məqsədilə yenidən nəzərdən keçirir.
Bu səbəbdən Vaşinqton hələ də münaqişədən çıxış planı təqdim etməyib. Yazıda qeyd olunur ki, ABŞ, Ağ Evin yeni başçısının andiçmə mərasimindən sonra da Kiyevi dəstəkləməyə davam edəcək, bu isə Əfqanıstanda yaşananların təkrarlanmasının qarşısını almağa yönələcək.
Həmçinin, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamiş də eyni fikri ifadə edərək, Trampın hələ də münaqişənin necə sona çatacağına dair konkret bir yanaşma ortaya qoymadığını vurğulayıb.
Ayxan